Naxçıvan Müəllimlər İnstitutunda keçirilən növbəti dəyirmi masa “Orta məktəb dərsliklərində idiomların tərcüməsi ilə bağlı qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları” mövzusuna həsr edilib

0

İnstitutun ixtisasartırma istiqamətində “Xarici dillər və tədrisi metodikası” kafedrasının təçkilatçılığı ilə keçirilən dəyirmi masada kafedranın professor müəllim heyəti və muxtar respublika ümumtəhsil məktəblərinin 35 nəfər Xarici dil müəllimi iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə açan institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva mütəmadi olaraq keçirilən dəyirmi masaların məqsədi, vəzifəsi və əhəmiyyətindən danışıb. Sonra “Xarici dillər və tədrisi metodikası” kafedrasının müdiri Sevda Hacəliyeva, kafedranın müəllimləri Aygün Əsgərova, Bəyim Tarverdiyeva və Nahidə Heydərova mövzu ətrafında çıxış edib.
Sonra ali və ümumtəhsil məktəblərinin müəllimləri maraqlı müzakirələr aparıb, təcrübə mübadiləsi ediblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir