“IV sinif şagirdlərinə işgüzar yazıların öyrədilməsi” başlıqlı dəyirmi masa keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa keçirilib
İnstitutun ixtisasartırma istiqamətində keçirilən dəyirmi masanın mövzusu “IV sinif şagirdlərinə işgüzar yazıların öyrədilməsi”nə həsr edilib. Dəyirmi masada institutun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professor müəllim heyəti və muxtar respublika ümumtəhsil məktəblərinin 25 nəfər ibtidai sinif müəllimi iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qeyd edib ki ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq müxtəlif dəyirmi masalar, seminarlar və konfranslar keçirilir. Prorektor keçirilən tədbirlərin təcrübə mübadiləsi və ümumtəhsil məktəbləri müəllimlərinin ixtisasları istiqamətində təkmilləşmələri üçün olduqca əhəmiyyətli olduğunu qeyd edib. Müzakirə mövzusunun əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dəyirmi masanın keçirilməsinin əsas məqsədi də ali və ümumtəhsil məktəbləri müəllimlərinin nəzəri və praktik biliklərinin inteqrasiyası əsasında ibtidai siniflərin proqramında öyrədilməsi nəzərdə tutulan əməli yazıların səmərəli metodiki üsullarını müəyyənləşdirməkdir.
Tədbirdə dosent Həsənəli Eyvazlı, professor Yusif Səfərov, dosent Günay Şirəliyeva, ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris aparan müəllimlər məruzə və təkliflərlə çıxış edərək Azərbaycan dilində şagirdlərdə təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının əsaslarının şagirdlərə təhsilin ibtidai məktəb mərhələsindən öyrətməyin əhəmiyyətindən və təşkili yollarından danışıb, mövzu ətrafında maraqlı müzakirələr apararaq təcrübə mübadiləsi ediblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti