“Pyhton proqramlaşdırma dilinin tətbiqi perspektivləri” mövzusunda konfrans keçirilib

0

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin iştirakı ilə keçirilən elmi-praktik konfrans “Pyhton proqramlaşdırma dilinin tətbiqi perspektivləri” mövzusuna həsr olunmuşdur. Konfransda institutun Ali riyaziyyat və informatika kafedrasının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 30 nəfər informatika müəllimi və institutun Təbiət və incəsənət fakültəsinin Riyaziyyat və informatika ixtisası V kursunda təhsil alan bir qrup tələbəsi iştirak etmişdir.
Konfransı institutun rektoru Azad Novruzov açaraq qeyd etmişdir ki, ölkımizdə, o cümlədən muxtar respublikamızda təhsilin elektronlaşması prioritet istiqamətlərdən birini təşkil edir. Son dövrlər dünyada baş verən epidemioloji vəziyyət təhsil prosesinin təşkilində elektronlaşmanın vacibliyini bir daha göstərdi. Muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazası, yaradılmış şərait, bütün təhsil müəssisələrinin internet resusrları ilə təmin edilməsi istənilən şətaitdə təhsilin səmərəli təşkilinə imkan verdi. Bu gün bütün dünya elektronlaşma istiqamətində yeni axtarışlar edir və təhsilinin elektronlaşmasına innovativ yanaşmanın vacibliyini vurğulayır. Təhsilin elektronlaşması istiqamətində innovativliyi təmin etmək üçün təcrübə mübadiləsi, yeni yanaşmalardan xəbərdar olmaq məqsədilə bu tip elmi-praktik konfranslar xüsusi əhəmiyyət kəsb edir.
Sonra Ali riyaziyyat və informatika kafedrasının baş müəllimləri Səriyyə Qasımova “Python proqramlaşdırma dilində modullardan istifadə” mövzusunda, Cəfər Sadiqzadə “Python proqramlaşdırma dilində praktiki iş” mövzusunda, Naxçıvan şəhər Təhsil Şöbəsinin metodisti və 1№-li tam orta məktəbin informatika müəllimi Ceyran Məmmədova “Python proqramlaşdırma dilinin STEAM təhsil metodu ilə əlaqəsi” mövzusunda, A.Tağıyev adına Naxçıvan şəhər 17№-li tam orta məktəbin informatika müəllimi Zemfira Xəlilova “Ümumtəhsil məktəblərində Python proqramlaşdırma dilinin əhəmiyyəti və tədrisi metodikası” mövzusunda, İnstitutun Riyaziyyat-informatika müəllimliyi ixtisasının III kurs tələbələri Nigar Əliyeva və Aysun Babayeva “Riyazi məsələlərin Python proqramlaşdırma dilində yazılması” mövzusunda məruzələr etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir