Təhsil Nazirliyinin iştirakı ilə “Ümumtəhsil məktəblərində hiperaktiv şagirdlərə psixoloji yanaşma” mövzusunda konfrans keçirilib.

0

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilmişdir
10 dekabr 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin iştirakı ilə “Ümumtəhsil məktəblərində hiperaktiv şagirdlərə psixoloji yanaşma” mövzusunda keçirilən elmi-praktik konfransda institutun Pedaqogika və psixologiya kafedrasının əməkdaşları, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 40 nəfər ibtidai sinif müəllimi və institutun Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisası IV kursunda tıhsil alan bir qrup tələbəsi iştirak etmişdir.
Elmi-praktik konfransda institutun prorektoru Çapay Quliyev giriş nitqi ilə çıxış etmiş, Pedaqogika və psixologiya kafedrasının müəllimləri Aynurə Məmmədovanın “Hiperaktiv uşaqlar haqqında ümumi məlumat”, Almaz Məmmədovanın “Diqqət əksikliyi və hiperaktivlik sindromunun aradan qaldırılmasında müəllim və valideynlərə tövsiyələr” və A.Tağıyev adına Naxçıvan şəhər 17№-li tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Quliyevanın “Hiperaktiv şagirdlərin ailələri ilə işin təşkili”, A.Cəlilov adına Naxçıvan şəhər 12№-li tam orta məktəbin ibtidai sinif müəllimi Pərvanə Mahmudovanın “Hiperaktivliyin tədris prosesində yaratdığı çətinliklər” mövzularında məruzələri dinlənilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir