Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının pedaqoji əməkdaşları üçün onlayn formatda ixtisasartırma kursuna start verilmişdir
15.04.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları üçün onlayn formatda keçiriləcək ixtisasartırma kursunun açılış tədbiri olmuşdur. Açılış tədbirində institutun rektoru Azad Novruzov giriş sözü deyərək bildirmişdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti ölkəmizdə uğurla davam etdirilir. Təhsilə yüksək qayğı göstərilir. Təhsil verənlərim müasir tələblər səviyyəsində hazırlanması, ixtisasartırma və təkmilləşdirilməsi diqqətdə saxlanılır. Son illər respublikamızda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi, müəllimlərin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində bir sıra uğurlu işlər görülmüş, islahat proqramları həyata keçirilmiş, mühüm dövlət proqramları qəbul olunaraq icra olunmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunda müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir.
Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi də aparılır. Bu mənada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də əlaqələrin yaradılması və pedaqoji heyyətin təkmilləşdirilməsi istiqamətində işlərin aparılması kadırların təkmilləşdirilməsi sahəsində görülmüş işlərin məntiqi davamıdır.
Rektor vurğulamışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası əmkdaşlarına 6 kredit (36 saat) həcmində ixtisasartırma təlimi keçiriləcəkdir. İxtisasartırma kursunda müdavimlər “Ümumi təhsil sistemində yeni qiymətləndirmə”, “Onlayn dərsin gedişatında tələbələrin qiymətləndirilməsi mexanizmləri”, “Hüquq pedaqogikası və psixologiyasının əsasları”, “Pedaqoji ünsiyyətin psixoloji problemləri” və s. mövzular əsasında biliklərini təkmilləşdirəcəklər.
Azrəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək bu formatda əməkdaşlığın əhəmiyyətindən danışmış, təlimin işinə uğurlar arzulamışdır.
Sonra proqrama uyğun olaraq ixtisasartırma təlimlərinə start verilmiş və ilk dərs institututun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyevanın təqdimatında olmuşdur.