Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün seminar keçirilmişdir

0

17 mart 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “İbtidai siniflərin riyaziyyat kursunda statistika və ehtimal məzmun xəttinin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları” mövzusunda təşkil olunmuş seminarda institutun Riyaziyyat və tədrisi metodikası kafedrasının professor-müəllim heyəti, bir qrup İbtidai sinif müəllimliyi ixtisasının tələbələri və Naçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin bir qrup ibtidai sinif müəllimi iştirak etmişlər. Seminarı giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq şagirdlərdə  riyazi biliklərinin formalaşdırılmasında ibtidai sinif riyaziyyat kursunun əhəmiyyyətindən danışmış, ibtidai sinif müəllimlərinin riyaziyyat məzmun xətlərinə uyğun elmi-nəzəri və metodiki biliklərinin daima təkmilləşdirilməsi qayğısına qalmalarının vacibliyindən bildirmişdir. “Statistika və ehtimal” məzmun xəttinin orta məktəb riyaziyyat kurikulumuna  salınması zərurətinə toxunan rektor mövzunun tədrisi ilə bağlı çətinlikləri diqqətə çatdırmışdır.

Sonra institutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının dosenti Nazilə Muradovanın “İbtidai siniflərin riyaziyyat kursunda statistika və ehtimal məzmun xəttinin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları” mövzusunda məruzəsi  dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır. Seminarın sonunda institutun ixtisasartırma və yenidənhazırlanma istiqamətində yaradılmış onlayn metodik dəstək platforması haqqında iştirakçılara məlumat verilmişdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir