Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin pedaqoji əməkdaşları üçün ixtisasartırma kursuna start verilmişdir
09.03.2021-ci il tarixdən 12.03.2021-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin əməkdaşları üçün keçiriləcək ixtisasartırma kursunun açılış tədbiri olmuşdur. Açılış tədbirində institutun rektoru Azad Novruzov giriş sözü deyərək bildirmişdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Təhsilə yüksək qayğı göstərilir. Təhsil verənlərim müasir tələblər səviyyəsində hazırlanması, ixtisasartırma və təkmilləşdirilməsi daima diqqətdə saxlanılır. Son illər respublikamızda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi, müəllimlərin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində bir sıra uğurlu işlər görülmüş, islahat proqramları həyata keçirilmiş, mühüm dövlət proqramları qəbul olunaraq icra olunmuşdur. Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması sahəsində aparılan mühüm işlərdən biri də yeni təhsil ocaqlarının yaradılması, yeni masir ixtisaslar üzrə kadr hazırlığının aparılmasıdır. Belə təhsil müəssələrindən biridə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbidir.
Naxçıvan Müəllimlər İnstitutunda müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir. Məlim olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi də aparılır. Bu mənada Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ilə də əlaqələrin yaradılması və pedaqoji heyyətin təkmilləşdirilməsi istiqamətində işlərin aparılması qarşıya qoyulmuş vəzifələridən biridir.
Rektor vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi əməkdaşlarına 4 günlük ixtisasartırma təlimi keçiriləcəkdir. İxtisasartırma kursunda müdavimlər “Ümumi təhsil sistemində yeni qiymətləndirmə”, “Təhsilin məzmunu. Dövlət standartları”, “Hüquq pedaqogikası və psixologiyasının əsasları”, “Pedaqoji ünsiyyətin psixoloji problemləri” və s. mövzular əsasında biliklərini təkmilləşdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev çıxış edərək bildirmişdir ki, dövlətin, vətəndaşların qanuni mənafelərinin, insanların hüquq və azadlıqlarının təminatı, hüququ cəmiyyət quruculuğu məsələləri hüquq-mühafizə sisteminin inkişafı ilə birbaşa bağlıdır. Cəmiyyətə hüquq və qanun keşiyində duran, dövlətçiliyə sadiq, savadlı və peşəkar kadırların lazım olduğunu daim diqqət mərkəzində saxlayan Ümummilli lider Heydər Əliyev istər birinci hakimiyyəti dövründə, istərsə də ikinci hakimiyyəti dövründə bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Bu siyasi kursun məntiqi davamı olaraq muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Polis məktəbi məzunlarına Hüquq mühafizə fəaliyyəti ixtisası və Polis kiçik leytinantı xüsusi rütbəsi verilir. İxtisaslı kadırların hazırlanması işini həyata keçirən öyrədənlərin yeni texnologiyalar və müasir elmi biliklərlə təkmilləşməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Müəllimlər İnstitutunda əməkdaşlarımız üçün keçiriləcək ixtisasartırma təlimi bu istiqamətdə xüsusi əyəmiyyət kəsb edir.
Sonra proqrama uyğun olaraq ixtisasartırma təlimlərinə start verilmiş və ilk dərs institututun Pedaqogika və psixologiya kafedrasının müdiri, Pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyevin təqdimatında olmuşdur.