İxtisasartırma kursunun növbəti təlimi
29 yanvar 2021-ci il tarixində ibtidai sinif müəllimlərinin ixtisasartırma kursu Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyevanın “Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi” mövzusunda və Ümumi fənlər kafedrasının baş müəllimi Günel İbrahimovanın “İbtidai sinflərdə Həyat bilgisinin tədrisinə spektral baxış”, mövzusunda keçdikləri təlimlərlə uğurla davam etdi. Təlimlər maraqlılığı və mövzular ətrafında müzakirələrlə yadda qaldı.